Dövlət şərab ixracatçılarına pul ödəyir
Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) "İxracatçılar Klubu"nun və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə görüşü keçirilib. Görüş çərçivəsində "Made in Azerbaijan" brendinin təqdimatı da təşkil olunub.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib ki, ötən il sahibkarlığın inkişafı ilə bağlı böyük işlər görülüb: "Lisenziyalar sahəsində çox böyük islahatlar aparılıb. Həmçinin, gömrük rüsumları ilə bağlı mühüm addımlar atılıb. Sumqayıt Texnologiyalar Parkında sahibkarlar çox böyük işlər görür və tezliklə biz çox böyük işlərin şahidi olacağıq. 2016-cı ildə bizim ticarət dövriyyəsi ümumi qeyri-neft sektorunun 15%-ni təşkil edib. Ötən il üzrə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb".
Nazir müavini qeyd edib ki, ixrac xərcləri azaldılıb: "Biz müzakirələr apardıq və mənşə sertifikatının verilməsini 1 günə qədər azaltdıq. Həmçinin, bununla əlavə xərcləri azaltmışıq. Bununla yanaşı, hədəf bazarlarının ilkin araşdırılmasını həyata keçirdik, bu isə ixracatçılarımız üçün əhəmiyyətlidir".
S.Babayev əlavə edib ki, son 3 ayda ixracla məşğul olan sahibkarlara 590 min manata yaxın vəsait geri ödənilib, həmin vəsaitin əsas hissəsi şərab ixracatçılarına ödənilib: "İxraçın təşviqi məqsədi ilə ixrac edilən ümumi məhsuıun 3-6%-i sahibkarlara geri qaytarılır ki, son 3 ayda qaytarılan 600 min manata qədər vəsaitin 80%-i şərab ixracatçılarına ödənilib".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
48 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl