Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi “KATV1” şirkəti ilə birlikdə peşəkar video mütəxəssisləri və video blogerlərin hazırlanması üzrə təlimlərə start verir.

 

Bu məqsədlə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin multimedia studiyasının bazasında “KATV1” şirkəti ilə birlikdə “Myvideo Academy” layihəsinə start verilir.

 

Layihənin məqsədi video texnologiyalar sahəsində daha çox mütəxəssisin hazırlanması, onların peşəkarlığının artırılması və video blogerlik peşəsinin təbliğidir. Keçirilən təlimlərdə iştirakçılar tanınmış təlimçilərdən dərslər alacaq, real multimedia studiyasında praktiki dərslər keçəcək, tanınmış şərhçilər və blogerlərin master dərslərində iştirak edəcəklər.

 

Layihə çərçivəsində iştirakçılar müxtəlif televiziya kanallarında təcrübə keçməklə yanaşı, özləri video materiallar hazırlamaq imkanı əldə edəcəklər. Təlim iştirakçıları video süjetlər çəkəcək, onları montaj edəcək və “myvideo.az” portalında hazırladıqları süjetləri təqdim edəcəklər. Layihənin əsas özəlliyi təlimləri uğurla başa vuran iştirakçıların “KATV1” şirkətində və yaxud digər tərəfdaş təşkilatlarda iş qazanmaq imkanı olacaqdır.

 

Bu layihə sayəsində ölkəmizdə video texnologiyalar sahəsi üzrə peşəkar mütəxəssislərin hazırlanmasına töhfə veriləcək.

 

Təlimlərin proqramı ilə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin rəsmi internet səhifəsi olan www.iktlab.az saytında tanış olmaq mümkündür.

13.09.2018 14:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ