Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu sərgi Azərbaycanda ilk dəfə keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu sərgi Azərbaycanda ilk dəfə keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə Azərbaycanda ilk dəfə “Caspian Realty” Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.

 

“2019-ci ilin 20-22 fevral tarixlərində Bakı Ekspo Mərkəzində “Caspian Realty” Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.

 

Sərginin təşkilatçısı “Caspian Event Organisers” (CEO) şirkəti daşınmaz əmlak sahəsində yerli və xarici developerlərin, yüksək ixtisaslı mütəxəssislərin, müxtəlif əmlak sektorlarının sərmayəçilərinin və dövlət qurumlarının nümayəndələrinin iştirak sərgini illik tədbir etməyi planlaşdırıır”, - CEO-nun məlumatında deyilir.

 

Sərginin məqsədi iştirakçıların hədəf auditoriya ilə işgüzar əlaqələrin qurulmasında, məhsul və xidmətlərin təqdim edilməsində və beynəlxalq təcrübə mübadiləsi imkanlarına təmin etmək üçün beynəlxalq ortam yaratmaqdır.

 

Sərginin əsas bölmələri aşağıdakılardır: Azərbaycanda Daşınmaz Əmlak Layihələri, xaricdə daşınmaz əmlak layihələri, developer agentlikləri, investisiya şirkətləri, layihələndirmə və memarlıq büroları, inşaat şirkətləri, əlaqəli dövlət qurumları, maliyə təşkilatları, banklar, brokerlər, xəritə ilə bağlı xidmətlər, daşınmaz əmlak sektoru üçün informasiya texnologiyaları.

13.09.2018 19:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ