Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ermənistan ordusu Azərbaycan əhalisini atəşə tutub - ZİYAN DƏYİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ermənistan ordusu Azərbaycan əhalisini atəşə tutub - ZİYAN DƏYİB

Sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib.

 

Reklam_3_11

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.

 

Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb.

 

Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib.

 

"Ermənistan tərəfinin bu cür təxribat əməlləri həmişə olduğu kimi Azərbaycanda əlamətdar hadisələr, bayram günləri ərəfəsində törətməsi məqsədyönlü xarakter daşıyır.

 

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür",- Məlumatda deyilir.

15.09.2018 07:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ