Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın və Qazaxıstanın iş adamları görüşəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın və Qazaxıstanın iş adamları görüşəcəklər

Oktyabrın 1-də Qazaxıstanın Almatı, oktyabrın 4-də isə Çimkənt şəhərlərində Azərbaycan-Qazaxıstan iş adamlarının görüşü keçiriləcək.

 

Reklam_3_11

Görüş Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

 

Tədbirin məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması, habelə hər iki ölkənin iş adamları arasında əlaqələrin möhkəmləndirilməsi, Qazaxıstana ixrac imkanlarının genişləndirilməsidir. Görüşdə 30-dan çox azərbaycanlı iş adamı iştirak edəcək.

 

Qeyd edək ki, yerli məhsullarımızın ixracının dəstəklənməsi, həcminin genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Qazaxıstanın üç şəhərində - Aktauda, Astanada və Almatıda Azərbaycan Ticarət evləri açılacaq.

17.09.2018 06:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ