Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Azərkosmos” zərərlə işləyir - 3 DƏFƏ ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərkosmos” zərərlə işləyir - 3 DƏFƏ ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə “Azərkosmos” ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37  milyon 530,4 min manat, digər gəlirləri isə 450,4 min manat təşkil edib. Cəmiyyətin ümumi xərcləri isə 43 milyon 54,8 min manat olub. Nəticədə ASC ötən ili 5 milyon 74 min manat zərər ilə başa vurub.

 

Bu barədə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatada bildirilir.

 

Xatırladaq ki, 2016-cı ildə Cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28 milyon 85,2 min manat, digər gəlirləri isə 1 milyon 410,2 min manat, ümumi xərcləri isə 31 milyon 180,2 min manat təşkil etmişdi. ASC həmin ili 1 milyon 685 min manat zərər ilə bağlamışdı.

 

Peyk telekommunikasiya xidmətinin göstərilməsi üzrə xərclərinin tərkibində əsas xərclərin, 2016-cı ildə 86,4%-i, 2017-ci ildə isə 86,0%-i borca görə faizlər və onunla bağlı xərclər, sığorta xərcləri, bank xidməti üzrə xərclər, amortizasiya xərcləri, əmək haqqı və ona üstəlik xərclər təşkil edib.

17.09.2018 11:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ