Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Foreks: Dollar İyunun minimumuna doğru - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Foreks: Dollar İyunun minimumuna doğru - GÜNƏ BAXIŞ

ABŞ ilə Çin arasında münasibətlərin daha da gərginləşməsi və beynəlxalq siyasi risklərin artması, investorların diqqət mərkəzində, dollar təzyiq altında.


 

Reklam_3_11

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. ABŞ iqtisadiyyatı ilə bağlı üçüncü rüb üzrə göstəricilərin zəif açıqlanması və Çin ilə münasibətlərin daha da gərginləşməsi riskləri özü ilə bərabər FED-in ilin sonuna kimi dördüncü faiz artımına gedə biləcəyi gözləntilərini də zəiflədir. Bu isə dolların daha da ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. Nəticədə EUR/USD məzənnəsi də 1.17$-a kimi bahalaşıb və üzərində möhkəmlənərsə, 1.18$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

BREXIT fonunda risklər artır

 

GBP/USD məzənnəsi də 1.32$-a kimi bahalaşsa da burada “BREXIT” danışıqları fonunda risklər güclü olaraq qalır. Beynəlxalq Valyuta Fondu da İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” razılaşmasının əldə edilməməsinin London üçün mənfi nəticələrə gətirəcəyini açıqlayıb. Beləliklə, funt sterlinqdə 1.30$-a kimi ucuzlaşmanın da şahidi ola bilərik.

 

Qızılda bahalaşma güclənə bilər

 

Əlvan metallar bazarlarında da qızıl qiymətlərinin dünyada siyasi risklərin artdığı bir şəraitdə bahalaşa biləcəyi proqnozlaşdırılır. Hal-hazırda 1197$ üzərində ticarət edilən bir qram üzrə qiymət, bu səviyyənin üzərində qaldıqca, 1208$-a kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

18.09.2018 06:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ