Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avropada işçi defisiti açıqlandı - ƏN ÇOX BU SEKTORDADIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada işçi defisiti açıqlandı - ƏN ÇOX BU SEKTORDADIR

Avropa Statistika Ofisindən (Eurostat) verilən məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində kadr çatışmazlığı, cari ilin ikinci rübündə ilk rübə nisbətən dəyişməyərək 2,1 faiz olub.
 

"Marja" xəbər verir ki, regionda kadr defisiti 2017-nin üçüncü rübündən bəri artım qeyd edib. Ötən ilin ikinci rübündə 1,9 faiz olan işçi defisiti, üçüncü rübdə də dəyişməyib. Kadr kəsiri, ilin dördüncü rübündə isə 2%-ə qalxıb.
 

Reklam_3_11

Sektorlar üzrə, avro istifadə edən ölkələrdə ikinci rübdə ən çox kadr defisiti 2,4 faiz ilə xidmət sektorunda qeydə alınıb. Sənaye və tikinti sektorlarında isə kadr defisiti 1,9 faiz olub.
 

ƏN YÜKSƏK KADR DEFİSİTİ ÇEXİYADADIR
 

28 üzvlü Avropa Birliyində (AB) də kadr kəsiri, bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə dəyişməyərək 2,2 faiz təşkil edib. Həmin dövrdə AB-də kadr çatışmazlığı xidmət sektorunda 2,5 faiz, sənaye və tikinti sektorlarında isə  2,1% olub.
 

Ən çox kadr defisiti 5,4 faiz ilə Çexiyada qeydə alınıb. Növbəti yerlərdə 3,5 faiz ilə Belçika, 3,1 faiz ilə Hollandiya və 2,9% ilə Almaniya gəlir..
 

Ən aşağı kadr defisiti isə 0,7 faiz ilə Yunanıstandadır. Yunanıstanın ardınca, 0,9 faiz ilə Bolqarıstan, İspaniya və Portuqaliya gəlir.
 

Kadr defisiti 2017-nin ikinci rübü ilə müqayisədə bu ilin eyni dövründə 20 ölkədə artıb, 7 ölkədə isə dəyişməyib. Həmin dövrdə kadr defisiti təkcə Estoniyada azalıb.

18.09.2018 10:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ