Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Aqrolizinq”in rəhbərliyi Şəkidə fermer və sahibkarlar ilə görüşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aqrolizinq”in rəhbərliyi Şəkidə fermer və sahibkarlar ilə görüşəcək

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti regionlarda maarifləndirmə işlərini davam etdirir. Bununla əlaqədar “Aqrolizinq”in rəhbər işçiləri sentyabrın 22-də Şəki şəhərində fermer və sahibkarlarla görüş keçirəcəklər.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, görüş saat 11.00-da Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində baş tutacaq. Görüşdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından fermer və sahibkarların iştirakı nəzərdə tutulur. “Aqrolizinq” ASC rəhbərliyi ilə görüşdə iştirak etmək istəyən şəxslər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 735-35-77) müraciət edə bilərlər.

 

Qeyd edək ki, bundan əvvəl “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Yevlax, Masallı, Salyan rayonlarında bölgə sakinləri ilə görüşlər təşkil olunub. Görüşlərdə əsas məqsəd “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

18.09.2018 11:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ