Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

100 min nəfəri işə götürəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
100 min nəfəri işə götürəcək

ABŞ-ın karqo və nəqliyyat nəhəngi UPS, noyabr ayında başlayacaq tətil dövrü üçün 100 min nəfəri işə götürəcəyini açıqlayıb. Dünyada  454 min nəfərin işlədiyi və 65.8 milyard dollar gəliri olan UPS, yeni işə qəbullarla 554 min nəfərlik bir şirkət olacaq.
 



Qlobal karqo şirkəti "United Parcel Service" (UPS) təxminən 100 min nəfəri işə götürəcəyini açıqlayıb. ABŞ  şirkətinin müvəqqəti olaraq işlə təmin edəcəyi 100 min nəfər yaxınlaşan istirahət mövsümünə hazırlıq olaraq planlaşdırılır.
 

Reklam_3_11

"Marja" xəbər verir ki, ABŞ-da noyabr ayında başlayan tətil mövsümündə əvvəl Minnətdarlıq Günü qeyd olunacaq, sonra pərakəndə sektorunun ən böyük endirim kampaniyası olan "Black Friday" yəni "Qara Cümə", sonra da Milad Bayramı və yeni il tətili başlayacaqdır.
 

Keçən il 65.8 milyard dollar dövriyyəsi olan UPS, 2017-ci ilin eyni dövründə 95 min nəfəri işə götürmüşdü. Bu il 5.3 faiz artımla 100 min əlavə işə qəbul həyata keçiriləcək. 2017-ci ilin sonunda açıqlanan hesabatına görə, bütün dünyada 454 min nəfərin işlədiyi UPS, beləliklə, 554 min nəfərlik bir şirkət olacaq. 
 

UPS-in rəqiblərindən olan FedEX də ötən günlərdə eyni səbəbdən 55 min nəfəri işə götürəcəyini bildirmişdi. ABŞ-ın pərakəndə nəhəngi "Target" isə 1830 mağazasında çalışmaq üçün 120 min nəfəri işlə təmin edəcəyini açıqlayıb. Şirkət 1 saat üçün 12 dollar maaş ödəyəcək.

18.09.2018 12:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ