Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Moldova razılaşdı - "İCAZƏ"LƏR ARTIRILIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Moldova razılaşdı - "İCAZƏ"LƏR ARTIRILIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub


 

Kişinyovda  Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Moldova Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

 

Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Moldova nümayəndə heyətinə Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi xanım Yelena Koçkovski rəhbərlik edib.

 

Yelena Koçkovski Moldova Respublikasında son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Moldova ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat infrastrukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.

 

Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Moldova avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin  artırılması barədə tərəflər razılığa gəlib.

 

Sonda əməkdaşlığa dair Protokol imzalanıb.

18.09.2018 13:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ