Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Daha bir kredit təşkilatı zərərdən xilas ola bilmədiyini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir kredit təşkilatı zərərdən xilas ola bilmədiyini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank Olmayan Kredit Təşkilatı “Qafqaz Kredit” MMC 2017-ci ili 17 min 937 manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 7,2 dəfə azdır.

 

“Marja” BOKT-ın maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 236 min manat olmuş faiz gəlirləri ötən il 186 min 711 manata düşüb.

 

Ötən il “Qafqaz Kredit”  kreditlərin dəyərsizləşməsi üzrə ehtiyata 18 min 57 manat ayırdığından təşkilatın xalis faiz gəliri 167 min 950 manat olub. 2016-cı ildə təşkilat ehtiyata daha çox – 160 min 773 manat ayırdığından xalis faiz gəliri 64 min 276 manat təşkil etmişdi.

 

“Qafqaz Kredit”in inzibati və digər əməliyyat xərcləri isə 2016-cı ildəki 215 min 564 manatdan ötən il 160 min 673 manata düşüb.

 

MMC-nin xərcləri gəlirlərini üstələdiyindən 17 min 937 manat zərər yaranıb. 2016-cı illə müqayisədə zərərin azalmasının səbibi kreditlərin dəyərsizləşməsi üzrə ehtiyata ayırmanın və xərclərin aşağı düşməsidir.

 

Ötən il “Qafqaz Kredit” in müştərilərə verdiyi cəmi kreditlər 7%-ə yaxın azalaraq 652 min 927 manata düşüb. MMC-nin cəmi aktivləri isə 856 min 846 manatdan 781 min 106 manata geriləyib.

18.09.2018 14:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ