Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Şəxsi obyektini öz şirkətinə verənlər də vergi ödəməlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəxsi obyektini öz şirkətinə verənlər də vergi ödəməlidir

Şəxsi obyektini öz şirkətinə istəfadəyə verənlər vergi ödəməli olacaqlar.  Bu barədə "Bakinar Consulting" şirkətindən bildirilib. 


"Təsisçinin şəxsi obyekti vardırsa, onu icarəyə vermədən müəssisəsinin istifadəsinə verə bilərmi?" sualına cavab olaraq şirkətdən bildirilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. 

 

Eyni zamanda təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. 

 

Buna əsasən təsisçi fiziki şəxsə məxsus daşınmaz əmlakın hüquqi şəxsə istifadəyə verilməsi zamanı icarəyə verən və icarəçi arasında bazar qiyməti nəzərə alınmaqla icarə müqaviləsi bağlanmalı və ödənilən icarə haqqından ödəmə mənbəyinə 14 faiz dərəcə ilə vergi tutulub bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

 

Bu cavab Mülki Məcəllənin 700.1-ci və Vergi Məcəlləsinin 14-cü, 18-ci, 33.2-ci, 124.1-ci və 150-ci maddələrinə əsaslanıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

19.09.2018 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ