Market şəbəkələrindən 2 TENDER

(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC iki istiqamət üzrə tender elan edir.

 

Lot1: “Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin illik polietilen paket məhsulları ilə təmantı.

 

Lot2: Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin illik kağız məmulatları (kassa lentləri, tərəzi və rəf etiketi) ilə təminatı.

 

Tenderdə iştirak etmək əzmində olan iddiaçılar emailin mövzu yerinə müvafiq olaraq “Lot1” və ya “Lot2” yazaraq [email protected] ünvanına aşağıda qeyd olunan məlumatları göndərib qeydiyyatdan keçə bilərlər: (Qeydiyyat üçün son tarix: 28.09.2018-ci ildir)

 

Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin olaraq qeydiyyatdan keçdikdən sonra ətraflı məlumat mail üzərindən iştirakçı şirkətlərə təqdim olunacaqdır. Tender iştirakçıları aşağıdakı sənədləri təqdim etməli olacaqlar:

 

-İddiaçı barədə məlumat (iddiaçının tam adı, hüquqi ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və digər rekvizitlər);

 

-İddiaçının iştirak etmiş olduğu bənzər irihəcmli proyektlər haqda məlumat toplusu.

 

-İstehsalçi müəssisənin analoji məhsulların istehsalı sahəsində iş təcrübəsi və keyfiyyət zəmanəti;

 

-Tender üzrə təklif ediləcək məhsulların qida sektorunda istifadə olunacağını nəzərə alaraq müvafiq uyğunluq və gigiyenik sertifikatların surəti.

19 Sentyabr 2018 , 09:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin