Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Banklar kreditlərdən daha çox asılı vəziyyətə düşürlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar kreditlərdən daha çox asılı vəziyyətə düşürlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan bankları getdikcə daha çox kreditlərdən asılı vəziyyətə düşürlər.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-avqust ayları ərzində bank sektorunda qeyri-faiz gəlirləri 347.8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% azdır. Belə ki, banklar 2017-ci ilin yanvar-avqust dövründə 537.4 milyon manat qeyri-faiz gəliri əldə etmişdilər. 

 

Bankların faiz gəlirləri, o cümlədən kreditlər üzrə faiz gəliri də azalır. Banklar ötən ilin 8 ayında kreditlərdən 946.9 milyon manat faiz gəliri təmin etmişdilər. Cari ilin 8 ayında bu rəqəm 791.9 milyon manat təşkil edib. Qısası, bankların kreditlərdən faiz gəlirləri 16,4% azalıb.

 

Qeyri-faiz gəlirləri bankın xidmətləri nəticəsində komission ödəmələrdən əldə olu­nan gəlirdir.

Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)

(mln manatla)

 

Mənfəət və zərər maddələri

 

31.08.2017

 

31.08.2018

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri

1,292.9

1,138.4

1.1 Kreditlər üzrə faizlər

946.9

791.9

2. Faiz və onlara bağlı xərclər

634.2

394.1

2.1 depozitlər üzrə faizlər

253.4

258.1

3. Xalis faiz gəliri (zərəri)

658.7

744.4

4. Qeyri-faiz gəlirləri

537.4

347.8

5. Qeyri-faiz xərcləri

630.3

651.2

6. Əməliyyat mənfəəti (zərəri)

565.8

441.0

 

7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

 

196.8

 

316.4

8. Digər gəlirlər (xərclər)

2.6

0.7

9. Vergilər ödənilənədək mənfəət (zərər)

371.6

125.3

10. Mənfəətdən vergilər

21.3

21.5

 

11. Xalis mənfəət (zərər)

 

350.3

 

103.8

19.09.2018 13:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ