Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Azercell" tələbələrə aylıq təqaüd verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell" tələbələrə aylıq təqaüd verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Şirkət növbəti Tələbə Təqaüdü Proqramını elan edir

Reklam_3_11

 

İqtisadi baxımdan getdikcə güclənən, bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir.

 

Bunu nəzərə alan “Azercell Telekom” MMC öz sahəsində peşəkar olmaq, gələcək karyerasında uğur qazanmaq istəyən tələbələrə növbəti imkanı yaradır.  Daima Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən şirkət bu il də Tələbə Təqaüdü Proqramını elan edir. 18.09.2018 tarixindən etibarən Azercell öz bacarığına və savadına güvənən bütün tələbələri bu proqramdan yararlanmağa çağırır. Tələbələr 18.10.2018 tarixinə qədər şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn şəkildə qəbul edilir.

 

Qeyd edək ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Bundan əlavə bu proqram çərçivəsində tələbələr telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər.

 

Qeyd edək ki, tələbələr tərəfindən böyük maraqla qarşılanan bu proqram 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu günədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.

19.09.2018 15:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ