Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ölkəmizdə olmayan istehsal ediləcək - DÖVLƏTDƏN “AZƏRBAYCANDA İLK” TƏŞVİQİ GƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkəmizdə olmayan istehsal ediləcək - DÖVLƏTDƏN “AZƏRBAYCANDA İLK” TƏŞVİQİ GƏLİR

Ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi tətbiq ediləcək.

 

"Marja" xəbər verir ki, bu gün Prezident İlham Əliyev imzaladığı "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam ilə bu barədə tapşırıq verib. 

 

Tapşırığa görə, Nazirlər Kabineti 3 ay ərzində  “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi barədə təklifini Prezidentə təqdim etməlidir. 

 

Həmçinin, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi;

 

-mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi üzrə təkliflər hazırlanmalıdır.

 

Sərəncama görə, ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi nəzərdə tutulur.

 

Bundan başqa, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışı genişləndiriləcək. 

19.09.2018 19:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ