Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanlı iş adamı İstanbulda öldürülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı iş adamı İstanbulda öldürülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanlı iş adamı Etimad İsmayılov öldürülüb.

 

Türkiyə mətbuatı xəbər verir ki, iş adamı İstanbulun Florya məhəlləsində yerləşən ofisində silahlı hücuma məruz qalıb. O, ürəyindən bir və başından iki güllə yarası aldığından həyatını xilas etmək mümkün olmayıb.

 

İş adamını öldürməkdə şübhəli bilinən azərbaycanlı Gözəl Dəmirov həbs edilib. İsmayılov və Dəmirov arasında borc məsələsi olduğu iddia edilir.

 

Məlumat üçün bildirək ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznesi var. Dəmirovun "Fənərbaxça" klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

 

Bir müddət əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, G. Gəmirova görə "Palmali" şirkətlər qrupununrəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki G.Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə icazəsi saxta çıxıb.

 

Qeyd edək ki, mərhum Etimad İsmayılov Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.


 
Etimad İsmayılov həmçinin məşhur jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.

20.09.2018 05:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ