Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Məhsulun 2/3 hissəsi isə Türkiyəyə ixrac ediləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məhsulun 2/3 hissəsi isə Türkiyəyə ixrac ediləcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Sumqayıtda yaradılmış Kimya Sənaye Parkında həyata keçirilən ən iri investisiya layihəmiz – Karbamid zavodunun tikinti işləri də artıq sona çatmaqdadır. Əsaslı layihələndirmə, satınalma və inşaat/montaj işləri 100 faiz tamamlanmış, bütün avadanlıqlar, demək olar, quraşdırılmışdır. Yaxın müddətdə zavodun ammonyak və karbamid istehsalı sahələrində sınaq-sazlama işlərinin aparılması nəzərdə tutulur və cari ilin sonunadək ilk karbamid məhsulunun əldə edilməsi planlaşdırılır".

 

Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin Neftçilər günü ilə bağlı "Xalq qəzeti" nəşrində dərc olunan məqaləsində bildirilir.

 

"Zavodun istehsal gücü gündəlik 2 min ton və ya illik 650-660 min ton karbamid məhsuluna hesablanıb. Bu həcm ölkənin illik karbamid tələbatını təmin etməyə yetəcək, məhsulun 2/3 hissəsi isə Türkiyəyə ixrac ediləcək. Layihə Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək və əkinçiliyin inkişafını sürətləndirəcək. Beləliklə, “SOCAR Polymer” və Karbamid zavodlarının inşası ölkədə aqrar sektorun, habelə kiçik və orta sahibkarlığın inkişafına münbit şərait yaradacaq. “SOCAR Polymer”in məhsulları xammal kimi istifadə olunaraq, plastik istehlak məhsullarının istehsalına stimul verəcək və qeyri-neft sektorunun genişlənməsində mühüm rol oynayacaq", - deyə R.Abdullayev əlavə edib.

20.09.2018 06:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ