“Azərbaycanda offşor zonaların yaradılmasının əleyhinəyəm” - Nazir
“Azərbaycanda offşor zonaların yaradılmasının əleyhinəyəm. İqtisadiyyatın daha səmərəli inkişafı məqsədi ilə digər formalar seçmək lazımdır”.
Bunu Vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatların offşor zonalar yaradılması ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.
Nazir qeyd edib ki, offşor zonaların Azərbaycanda yaradılmasına lüzum yoxdur: “Bu gün dünyanın sivil ölkələri iqtisadiyyatını daha da inkişaf etdimək məqsədi ilə normal və şəffaf uçot sistemini tətbiq edirlər. Bizim də belə bir praktikanı tətbiq etməyimiz daha yaxşı olardı. Offşor zonalardansa Azad İqtisadi Zonaların, Sənaye Parklarının yaradılması daha məqbuldur. Artıq ölkə başçısı da ölkə ərazisində sənaye məhəllələri və sənaye parkları yaradılması ilə bağlı sərəncamlar verib. Sahibkarlar bu ərazilərdə fəaliyyət göstəməklə güzəştlər əldə edə bilərlər. Gələcəkdə sahibkarları daha da stimullaşdırmaq məqsədi ilə onlara daha uzunmüddətli güzəştlər tətbiq edilə bilər”.
© Qafqazinfo.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
13 d. əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 14 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
36 d. əvvəl
Bakı Fond Birjasında keçirilən əməliyyatların həcmi 11 milyard manatı ötüb
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib