Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Turizm Agentliyinin razılıq verəcəyi sahələr müəyyən olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm Agentliyinin razılıq verəcəyi sahələr müəyyən olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Prezidentin imzaladığı Fərman ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında əsasnamə təsdiq edilib.

 

"Marja" xəbər verir ki, Agentlik bir sıra fəaliyyətlərə razılıq da verəcəkdir.

 

Əsasnamədən ixtisarla təqdim edirik.

 

AGENTLİYİN VƏZİFƏLƏRİ

 

Dövlət Turizm Agentliyin vəzifələri aşağıdakılardır:

 

- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

 

- müvafiq sahəyə aid dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlayaraq həyata keçirmək;

 

- Azərbaycan Respublikasının müvafiq sahədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

 

- fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək;

 

- gəlmə turizminin və daxili turizmin Azərbaycan Respublikasında inkişafının məqsədli proqramlarını hazırlamaq, ölkə ərazisində turizm infrastrukturunun və sənayesinin, həmçinin Qoruqların inkişafına, turizm zonaları və turizm xidməti sahələrinin yaradılmasına investisiya cəlb olunması üçün müvafiq tədbirlər görmək;

 

- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə turizm mərkəzinə çevrilməsi məqsədi ilə müvafiq təşviqat işini aparmaq;

 

- Azərbaycan Respublikasının turizm brendini formalaşdırmaq və təşviq etmək;

 

- tabeliyindəki qurumlar vasitəsilə turizm xidmətlərinin təkmilləşdirilməsini təmin etmək;

 

- turizm sahəsində mövcud vəziyyətin, gələcək inkişaf istiqamətlərinin, həmçinin perspektivlərinin müəyyən edilməsi üçün elmi tədqiqat və araşdırmalar aparmaq;

 

- turizm sahəsində mövcud vəziyyətin və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verən məlumatları toplamaq, həmin məlumatlardan istifadəni və onların qanuna uyğun olaraq mühafizəsini təşkil etmək;

 

- turizmdə mövsümilik probleminin regional səviyyədə aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və bu istiqamətdə zəruri xidmət infrastrukturunun təkmilləşdirilməsi barədə təkliflər vermək;

 

- sağlamlıq, idman, dağ və qış turizmi, mədəni, ekstremal, işgüzar, ekoloji turizm, çimərlik, ov turizmi və digər turizm növlərinin inkişafını təmin etmək;

 

- aidiyyəti təşkilatlarla birlikdə turizm regionlarının, turizm-istirahət zonalarının, Qoruqların inkişaf istiqamətlərini və xarici turistlər üçün Azərbaycan Respublikası ərazisində turizm marşrutlarını müəyyən etmək;

 

- əsas turizm bazarlarının müəyyənləşdirilməsi məqsədi ilə bazar araşdırmaları aparmaq, müvafiq ölkə və regionlardan turistlərin cəlb edilməsi üçün təbliğat-təşviqat tədbirləri həyata keçirmək;

 

- Azərbaycan Respublikası regionlarının, ayrı-ayrı şəhərlərinin marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasını təmin etmək;

 

- Azərbaycan Respublikası regionlarının, ayrı-ayrı şəhərlərinin turizm potensialından tam faydalanmaq üçün müvafiq təbliğat-təşviqat tədbirləri görmək;

 

- turizm infrastrukturunun, o cümlədən müvafiq hava, dəniz, avtomobil və dəmir yolları şəbəkəsinin inkişafında iştirak etmək və həmin yollarda xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə aidiyyəti qurumlarla razılaşdırılmış təkliflər vermək;

 

- Xəzər dənizində, habelə onun Bakı akvatoriyasında dəniz sərnişindaşıma xidmətlərinin inkişafını aidiyyəti qurumlarla birlikdə təmin etmək;

 

- Agentliyin tabeliyində olan təhsil müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirmək, turizm sahəsində peşə təhsili üzrə istiqamətlərin və ixtisasların müəyyən edilməsi ilə bağlı təkliflər vermək;

 

- turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu təşviq etmək;

 

- turizm xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə peşəkar kadrların hazırlanmasında iştirak etmək;

 

- turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsində iştirak etmək;

 

- turist məmnunluğunun artırılması məqsədi ilə aidiyyəti qurumlarla birlikdə turizmin keyfiyyət sisteminin yaradılmasını təmin etmək;

 

- turizm sahəsinin sürətli inkişafını təmin edəcək innovasiyaların tətbiqini təmin etmək;

 

- turizm sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görmək;

 

- dənizkənarı ərazilərə turistlərin cəlb olunması üçün müvafiq infrastrukturun yaradılmasına dair təkliflər vermək;

 

- turizm və rekreasiya zonalarının hüdudları daxilində baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi üzrə investisiya təşviqi sənədinin verilməsi üçün rəy vermək;

 

- Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə turizm nümayəndələrinin təyin olunması barədə təklif vermək və həmin nümayəndələrin fəaliyyətini təşkil etmək;

 

- respublika ərazisində təşkil olunan beynəlxalq elmi, mədəni, idman və digər tədbirlərdə ölkənin turizm potensialını təbliğ və təşviq etmək, bu istiqamətdə fəaliyyətini aidiyyəti qurumlarla koordinasiya etmək;

 

- turizm və rekreasiya zonalarının yaradılması üçün təklif vermək və onların idarə olunmasını təmin etmək;

 

- Qoruqların ərazilərində qanunla onun səlahiyyətinə aid edilmiş dövlət nəzarətini həyata keçirmək;

 

- Qoruqların ərazilərində yerləşən və turizm baxış obyektləri olan mədəni, təbii və tarixi irsdən səmərəli istifadəni təşkil etmək;

 

- Qoruqların ərazilərində yerləşən dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini məqsədlər, xidmət və turizm məqsədləri üçün icarəyə verilərkən onlardan istifadə proqramına, uyğunlaşdırma və bərpa layihələrinə dair razılıq vermək;

 

- Qoruqların ərazilərində dövlət mülkiyyətində olan yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsinə razılıq vermək;

 

- Qoruqların ərazilərində mühafizə rejiminin pozulmasının qarşısını almaq;

 

- Qoruqların ərazilərində yerləşən abidələrin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin abidənin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;

 

- Qoruqların ərazisində abadlıq və abidələrin mühafizə zonalarında yenidənqurma işlərinin aparılmasına razılıq vermək;

 

- Qoruqların ərazilərində qanuna uyğun olaraq icazə verilən arxeoloji işləri qeydə almaq, abidələrin öyrənilməsinə, arxeoloji qazıntı aparılmasına nəzarət etmək;

 

- Qoruqların ərazilərində abidələrin mühafizə zonalarını müəyyən etmək, Qoruqların mühafizə zonaları barədə məlumatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil olunması üçün təqdim etmək;

 

- “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqlarda tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcılarının yerləşdirilməsinə razılıq vermək;

 

- Qoruqların ərazilərində tarix və mədəniyyət abidələrindən istifadə rejimini təmin etmək, tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarını pozmuş hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbir görmək;

 

- Qoruqların ərazilərində dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılıq vermək;

 

- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, Qoruqların ərazilərində dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarında tikintiyə icazə verilməsinə razılıq vermək;

 

- Qoruqların ərazilərində xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar konservasiya, təmir, bərpa, rekonstruksiya və regenerasiya işlərinin həyata keçirilməsinə razılıq vermək və gedişinə nəzarət etmək;

 

- Qoruqların ərazilərində yerləşən tarix və memarlıq abidələrinin və tikililərin inventarlaşmasını aparmaq, səlahiyyətləri daxilində texniki pasportlaşmanı həyata keçirmək və abidələrin əhəmiyyət dərəcələrinə aid müvafiq siyahılar barədə təkliflər vermək;

 

- Qoruqların ərazilərində turizmi inkişaf etdirmək, turist marşrutlarını müəyyən etmək və bununla bağlı infrastrukturun yaradılmasını, idarə edilməsini və mühafizəsini təşkil etmək;

 

- Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsini, qorunmasını, təbliğini və milli mədəni irsə aid edilməsini təmin etmək;

 

- digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı işini, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların, birliklərin, hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;

 

- müvafiq sahədə beynəlxalq əlaqələrin koordinasiyasını həyata keçirmək, sahə üzrə beynəlxalq qurumlara üzv olmaq və müvafiq beynəlxalq sənədlərin imzalanmasına dair təkliflər vermək;

 

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

21.09.2018 16:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ