"Üzüm tinglərini bizdən alın, genefondumuz qorunsun"
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron ərazisində yerləşən üzümçülük təsərrüfatında 300-dən çox yerli və xarici sortlar yetişdirilir.
Bu barədə məlumat verən institutun təsərrüfat şöbəsinin müdiri Anar Xudiyevin sözlərinə görə, fermerlərlə birgə keçirilən tədbirlərdə onlara alimlər tərəfindən üzüm sortlarının keyfiyyət göstəriciləri, həmçinin bölgənin torpaq, iqlim şəraiti nəzərə alınaraq ting, şitil seçimi də izah olunur: “Üzüm bağı salmaq istəyən fermerlərə institutun əməkdaşları tərəfindən yetişdirilən üzüm sortlarının tinglərini almaq tövsiyə edilir. Təsərrüfatımızda dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, o cümlədən qiymətli kişmiş üzüm sortları “Ağ şanı”, “Qara şanı”, “Bayanşirə”, “Şirvanşahı”, “Mədrəsə” sortları, üzüm genefondumuz qorunub saxlanılır”.
Anar Xudiyev fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük verməyi məsləhət görür: “Fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük vermələrini məsləhət görərdik. Bu üsulla salınmış bağ xəstəliklərə və iqlimə qarşı dözümlü, həmçinin uzunömürlü və məhsuldar olur. Bölgələrdə fermer üzüm bağı salmaq istəyirsə, mütləq regionun təbii-iqlim şəraitini nəzərə almalıdır. Üzümlüklərdə düzgün sort seçimi və sortöyrənmə yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl