Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

VTB Azərbaycana pul lazımdır - DEPOZİT FAİZLƏRİNİ QALDIRDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
VTB Azərbaycana pul lazımdır  - DEPOZİT FAİZLƏRİNİ QALDIRDI

Bank VTB (Azərbaycan) “Universal”, “Sərfəli” və “Sərbəst” depozitləri üzrə faiz dərəcələrini artırıb. Əmanətlər üzrə gəlirlilik 1,4 faiz bəndi artıb.

 

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, indi vəsaitin əlavə edilməsinə imkan verən “Universal” əmanəti üzrə maksimal faiz dərəcəsi manatla illik 9%, dollarla 1,9% təşkil edir.

 

Sərfəli” depoziti üzrə faiz dərəcələri dollarla 2,3%, manatla 10,5%-dir. Hər iki məhsul üzrə əmanətin minimal məbləği 100 manat (və ya xarici valyuta ekvivalenti) təşkil edir.

 

Sərbəst” əmanəti manat üçün 2,5%, dollar üçün 0,5% ilə vəsaiti yerləşdirməyə imkan verir. Əmanətin minimal məbləği -  50 manatdır (və ya xarici valyuta ekvivalenti). Əmanətə vəsaitin əlavə edilməsi və vaxtından əvvəl çıxarılma imkanının olması depozitin üstünlüyüdür.

 

Müştərinin istəyindən asılı olaraq faizlər bank kartı və ya cari hesaba köçürülə, aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət açıldıqda ödənilən faizlərin çıxarılması üçün müştəri pulsuz plastik kart, SMS-xəbərdarlıq xidməti əldə edir, eləcə də internet və mobil bank xidmətlərinə qoşulur.

 

Bundan başqa, VTB (Azərbaycan) əmanətçiləri kredit üzrə sərfəli şərtlərdən istifadə edə bilər – onlar üçün bank “Əmanət girovlu kredit” məhsulunu təklif edir. Onun faiz dərəcəsi əmanət faizi +3% bərabərdir, minimal məbləğ – 700 manat (xarici valyuta ekvivalenti) təşkil edir.

 

24.09.2018 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ