Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da ehtiyatların artması ilə neftin bahalaşması dayanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da ehtiyatların artması ilə neftin bahalaşması dayanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı məlumatların xam neft ehtiyatlarının artdığını və onsuz neftbazalarda da yüksək olan  ehtiyatların daha da artırdığını göstərməsinin ardından yüksəlməkdə çətinlik çəkir.

 

"Marja" xəbər verir ki, Amerikan Neft  İnstitutunun açıqladığı məlumatlara görə, neft  ehtiyatları keçən həftə 9.94 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi ehtiyat məlumatlarının altıncı həftədə də artacağı gözlənilir. Konsaltinq şirkəti IHS Markit Ltd.nin sədr müavini Daniel Yergin, neft qiymətlərinin bu il 50 dollar ilə 60 dollar arasında dalğalanacağını qeyd edib.

 

Neft qiymətləri, Neft  İxrac edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin 1 yanvardan etibarən istehsalı azaltmağa  başlaması ilə əlaqədar olaraq 50 dolların üzərində qalır.OPEC-in Bazar ertəsi günü açıqlanan hesabatına görə, Səudiyyə Ərəbistanı son səkkiz ildə istehsalını ən böyük həcmdə azaldıb. Goldman Sachs Group Inc., bazarda bu ilin ilk yarısında defisit yaranacağını bildirib.

 

Analitiklər bildirirlər ki, neft  bazarında güc mübarizəsi var. Əgər OPEC və digər istehsalçıların hasilat kəsintiləri olmasaydı, qiymətlər əhəmiyyətli ölçüdə düşə bilərdi. ABŞ-da artan ehtiyatlar və artan quyular qiymətlərin yenidən 56 dollara çıxmasının qarşısını alır.

 

Teksas nefti (WTI) Nymex birjasında 23 sent ucuzlaşaraq bareli 52.97 dollara qədər   Brent nefti Londonda ICE Futures Europe birjasında 20 sent ya da 0.4 düşərək bareli 55.77 dollara geriləyib.  

15.02.2017 06:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ