Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Əlcəzair enerji sektorunda Azərbaycan şirkətlərinin iştirakına maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Əlcəzair enerji sektorunda Azərbaycan şirkətlərinin iştirakına maraqlıdır

Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində  Əlcəzairin energetika naziri Mustafa Qituni və “Sonatrach” şirkətinin  baş direktoru Abdelmumen Ould Kadurla görüşüb.

 

Əlcəzairin energetika naziri Mustafa Qituni ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb. Mustafa Qituni Azərbaycan şirkətlərinin Əlcəzairin enerji sektorunda iştirakına maraqlarını ifadə edib. Energetika naziri Pərviz Şahbazov isə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun yekunlaşmaq üzrə olduğunu bildirib və Əlcəzairin energetika nazirini Azərbaycana səfərə dəvət edib. Qeyd edilib ki, müvafiq sənədin imzalanması enerji sektorunda çoxşaxəli əməkdaşlıq potensialını reallaşdırmağa töhfə verəcək.

 

Əlcəzairin milli enerji şirkəti “Sonatrach” şirkətinin baş direktoru Abdelmumen Ould Kadurla isə “Sonatrach” və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşdə “SOCAR Trading” ilə “Sonatrach” şirkəti arasında neft məhsulları sahəsində, eləcə də "Neftqazelmitədqiqatlayihə" İnstitutu ilə əməkdaşlıq əlaqələrindən bəhs edilib. Nazir Azərbaycanın həyata keçirdiyi enerji layihələri və yaratdığı infrastrukturla qlobal enerji təhlükəsizliyinin təminatında oynadığı rolundan danışıb. “Sonatrach” şirkəti ilə əməkdaşlığın perspektiv istiqaməti kimi bərpa olunan enerji mənbələri üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə diqqətə çatdırıb.

25.09.2018 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ