Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Whatsapp"da yayılan səs yazısı barədə RƏSMİ AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Whatsapp"da yayılan səs yazısı barədə RƏSMİ AÇIQLAMA

“Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə məlumatlar yayılıb.

 

Reklam_3_11

Qida Təhlükəsizliyi Agentliyindən “Marja”ya daxil olmuş məlumata görə, məlumatlar reallığı əks etdirmir, əsassızdır:  “Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur.

 

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

 

Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir.

 

Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik”.

 

SƏS YAZISINDA NƏ DEYİLİR?

 

Qeyd edək ki, yayılmış səs yazısında bildirilir ki, “Azərsun”un istehsal etdiyi “Final”, “Blendo” yağlarında, “Bizim Tarla” noxudlarında, “Bizim Süfrə” mayonezlərində vərəm çöpləri tapılıb. Əhaliyə bir müddət bu məhsulları almamaq tövsiyə olunur.


"AZƏRSUN": SƏS YAZISI "QARA KAMPANİYADIR"

 

 “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov “Marja”ya açıqlamasında bildirib ki,“Azərsun Holdinq”in bir sıra məhsullarında vərəm çöpünün tapıldığının bildirildiyi səs yazısı saxtadır.

 

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Azərsun Holdinq”in istehsalı olan heç bir məhsulda vərəm çöpü aşkar edilməyib və satışdan yığışdırılması barədə göstəriş verilməyib. Əldə etdiyimiz məlumata görə, səs yazısı  “Azərsun Holdinq”ə qarşı aparılan “qara” kampaniyadır”,- A.Səfərov deyib.

 

Holdinqin sözçüsü əlavə etdi ki, səs yazısını hazırlayıb yayanlar barəsində hüquqi ölçü götürülməsi üçün aidyyəti üzrə müraciət olunacaqdır.

 

A. Səfərov vurğuladı ki, tərkibindən əmin olmaq üçün "Azərsun Holdinq"in məhsulları istənilən laboratoriyada yoxlanıla bilər.

25.09.2018 14:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ