Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda yeni Milli Park yaradıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yeni Milli Park yaradıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qızılağac Milli Parkının yaradılması haqqında" 
 Sərəncam imzalayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmaqla, Qızılağac Dövlət Təbiət Qoruğunun (88360,0 hektar) bazasında bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 99060,0 hektar sahədə Azərbaycan Respublikasının Qızılağac Milli Parkı yaradılıb.

 

EKOTURİZM ÜÇÜN QƏRARA ALINIB

 

Sərəncam, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədi ilə qərara alınıb.

 

Qeyd edək ki, Qızılağac dövlət təbiət qoruğu -1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. 

26.09.2018 16:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ