Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi bizim ixracımızı artıracaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi bizim ixracımızı artıracaq"

Stavropol diyarı yeni ixrac bazarlarına çıxış məqsədilə Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara-Rəşt dəmir yolunun tikintisinin başa çatmasında maraqlıdır.

 

“Stavropol diyarı Astara-Rəşt dəmir yolunun tikintisinin başa çatmasında maraqlıdır. Bu, məhsulların, xüsusilə taxıl ixracında yeni istiqamətlərə çıxışına imkan yaradacaq. Bu gün Sravropol fermerləri 1 mln. ton taxıl ixrac edirlər”, - V.Vasilyev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışında bildirib.

 

Onun sözlərinə görə, Stavropol diyarının Aərbaycanla ticarət dövriyyəsinin həcmi 158 mln. dollar təşkil edir. Bunun 94 mln. dolları ixracın payına düşür. V.Vasilyev qeyd edib ki, diyardan Azərbaycana əsasən taxıl, gübrə və s. məhsullar ixrac olunur.

 

2019-UN BİRİNCİ YARISINDA İSTİFADƏYƏ VERİLƏCƏK


Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt (İran) dəmir yolu 2019-cu ilin aprel ayına qədər istismara veriləcək.

 

“Bir ay ərzində İranın şimalında Qəzvin-Rəşt dəmir yolu bir hissəsinin çəkilməsi başa çatacaq. Bu dəmir yolu marşrutu 20 mart 2019-cu ilə qədər istismara hazır olacaq”, - “Financial Tribune” nəşri "Railway Services and Technical Construction Engineering Company" şirkətinə (“İran Dəmir yolları” şirkəti ilə əlaqəlidir) istinadən qeyd edir.

 

O əlavə edib ki, son bir il ərzində Azərbaycandan 30 min nəfər Stavropol diyarının kurortlarına səfər edib. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan

28.09.2018 05:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ