Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbayan şirkəti İsrail şirkətləri ilə razılaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbayan şirkəti İsrail şirkətləri ilə razılaşıb

"Run" Şirkətlər Qrupunun tərkibinə daxil olan "Run Health" "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" adlı layihə həyata keçirir. 

 

Reklam_3_11

Şirkətin yaydığı məlumata görə, məqsəd ölkədə səhiyyə sektorunun inkişafına, tibbi xidmətlərin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir. Şirkət müxtəlif ölkələrdən Azərbaycanın səhiyyə sisteminə investisiya və ən müasir texniki avadanlıqlar cəlb etməyə, azərbaycanlı həkimlərin dünyada tibb sahəsində tanınmış mütəxəssislərin təcrübələrindən yararlanmasına şərait yaratmağa çalışır. Bu istiqamətdə bir sıra addımlar da atılıb.

 

Layihə çərçivəsində artıq İsrailin Hadassa Dövlət Universitetinin Hospitalı ilə əməkdaşlığa başlanılıb. Razılığa əsasən, İsrailin "NovaMed" şirkəti Azərbaycana laborator-analiz cihazları, "ElsMed" şirkəti isə müxtəlif laboratoriyalar gətirəcək.

 

"Run Health"in tibbi sahədə beynəlxalq əməkdaşlığı təkcə İsraillə məhdudlaşmır. Şirkət bu sahədə əməkdaşlığın coğrafiyasını daha da genişləndirməyi, Avropa və Amerikanın aparıcı şirkətlərini Azərbaycana cəlb etməyi planlaşdırır. "Run Health" artıq "NovaMed"in Azərbaycandakı rəsmi distribüterliyini əldə edib və bu şirkətin istehsal etdiyi məhsullar yerli bazara çıxarılıb.

 

Bundan başqa "Run Health" azərbaycanlı mütəxəssislər arasında akademik səviyyədə təcrübə mübadiləsi, seminar və konfranslar, onlayn konsiliumlar təşkil edir. Onların arasında dünyaca məşhur doktorlar Çeym Lotanın, Boris Vorşitskinin, Ronen Durstun və s. adlarını məxsusi qeyd etmək olar. İsrailin Hadassa Dövlət Universitetinin Hospitalı, Ürək İnstitutunun Kardiologiya şöbəsinin professoru, invaziv kardioloq doktor Boris Vorşitski həm də "Run Health"in baş məsləhətçisidir.

 

"Run Group"un direktoru İranə Talışxanova deyir ki, şirkətin sosial layihələrinin tərkib hissəsi olan "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" son nəticədə insanların sağlamlığına və rifahına yönəlib: "Bu gün Azərbaycanın inkişaf etməkdə olan səhiyyəsinin daha da güclənməsi, ölkə təbabətinə innovativ texnologiya və metodların daxil edilməsi, mütəxəssislərin təkmilləşdirilməsi, müalicə mərkəzlərinin ən yeni müayinə və müalicə avadanlıqları ilə təmin edilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi zərurətə çevrilib. Ümid edirik ki, icrasına bir müddət əvvəl başladığımız "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" layihəsi inkişaf etməkdə olan Azərbaycan səhiyyəsinin də dünyada ən qabaqcıl yerlərə çıxmasına töhfə olacaq. Biz bunun üçün əlimizdən gələni etməyə çalışırıq. Əminik ki, atdığımız addımlar ölkəmizin səhiyyə sisteminin və tibb elminin gücləndirilməsinə, son nəticədə isə insanların sağlamlığına və rifahına xidmət edəcək".

 

Qeyd edək ki, "Run Group" Azərbaycanda insanların daha yüksək keyfiyyətli tibbi müayinə və müalicə xidmətləri alması məqsədilə Göygöl rayonunda Sağlamlıq Mərkəzinin də inşasını həyata keçirəcək. 3 hektarlıq ərazidə inşa olunacaq otel tipli Sağlamlıq Mərkəzinin artıq layihələndirilmə işləri aparılıb və təsdiqlənib.

 

Əlavə edək ki, şirkətin nəzdində daxili imkanlar hesabına xüsusi fond yaradılıb. Bu fond vasitəsilə maddi imkanı olmayan ağır xəstələrin xarici ölkələrdə müalicəsinə yardım edilir. Artıq bu yolla bir neçə nəfər İsraildə müalicə olunub.

28.09.2018 07:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ