"Özəlləşdirmə prosesini təkmilləşdirmək üçün yeni təkliflər planı hazırlanıb"
Bu gün Bakıda "Özəlləşdirmə sahəsinə investisiyalar: Yeni imkanlar və çağırışlar" mövzusunda işgüzar forum işinə başlayıb.
Forumun keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakını özəlləşdirilməsi prosesinin gedişatı, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisəsə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaqdır.
Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub.
Onun sözlərinə görə, ümumilikdə 1,2 milyondan nəfərdən artıq vətəndaşımız bu və ya digər formada özəlləşdirmədən faydalanıb. O bildirib ki, özəlləşdirmə prosesində ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və digər ölkələrdən olan investorlar iştirak edib.
K. Həsənov deyib ki, komitə öz səlahiyyətləri daxilində iqtisadi fəallığı maksimum canlandırmağı qarşısına ən başlıca məqsəd qoyub. Ötən dövr ərzində qurum tərəfindən kənd təsərrüfatı, tikinti, sənaye və bir çox sahələrdə fəaliyyət göstərən iri və tanınmış müəssisələrin özəlləşdirilməsi aparılıb. "Eyni zamanda komitə tərəfindən Azərbaycanın tanınmış incilərindən olan "Fairmont Baku", "Hilton Baku" hotellər şəbəkəsinin də özəlləşdirilmə prosesi həyata keçirilib", - deyə o bildirib.
Onun sözlərinə görə, özəlləşdirmə prosesinin təkmilləşdirilməsi üçün qurum yeni təkliflər planı hazırlayıb: "Bu təkliflər əməkdaşlıq etdiyimiz digər qurumlara da göndərilib. Yerli və xarici sahibkarları keçirilən özəlləşdirmələrdə daha fəal iştirak etməyə dəvət edirəm".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl