Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandakı bankın səhmdarı üçün "qara cümə" - TİCARƏT DAYANDIRILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı bankın səhmdarı üçün "qara cümə" - TİCARƏT DAYANDIRILDI

İtaliyada bank səhmləri kəskin satışlarla qarşılaşıb (İnvestorlar aldıqları bank səhmlərini satırlar). 

 

"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, hökumətin investorların gözlədiyindən daha böyük büdcə kəsirinə yönəlməsi və bunun nəticəsində Avropa Birliyi ilə problem çıxacağına dair narahatlıqlar İtalya şirkətlərinin səhhmlərinin ksəkin satışı ilə nəticələnib. 
 

Bunun nəticəsi İtalyan səhmlərinin göstəricisi olan FTSE MIB İndeksi 3.7 faiz düşüb. Bu, 2016-cı ilin İyun ayından bu yana ən kəkin azalmadır. Bəzi bank səhmlərinin ticarəti alt qiymət həddinə düşməsi səbəbindən dayandırılıb.
 

İndeksdə ən çox ucuzlaşan səhmlər arasında 9.3% azalma ilə "BPER Banca" (dayandırılıb), 8.8% azalma ilə UBI (dayandırılıb), 8.5% azalma ilə "Banco BPM" (dayandırılıb), 6.9% azalma ilə "UniCredit" (dayandırılıb) və 6.8% azalma ilə "Intesa" (dayandırılıb) yer alıb.
 

FTSE İtaliya Bank İndeksi 6.7 faiz ilə 2016-cı ilin İyun ayından bu yana ən böyük azalmasına yönəlib.

 

Qeyd edək ki, "UniCredit" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).

 

Bir neçə gün öncə, beynəlxalq kredit reytinqi agentliyi "Moody's" "Yapi Kredi"nin depozit reytinqini "B1"dən "B2"yə endirmişdi. B1", "B2", "B3" səviyyələri yüksək risk olduğunu nəzərdə tutur. Əmanətçilərə xəbərdarlıq edilir ki, bu reytinqə malik olan banklara xarici valyutada əmanət yerləşdirmək yüksək dərəcədə risklidir.

28.09.2018 13:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ