Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünya nəhəngi AFFA-nın yanında!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya nəhəngi AFFA-nın yanında!

AFFA və “Procter&Gamble” (P&G) şirkəti arasında tərəfdaşlığa dair müqavilə imzalanıb.

 

Reklam_3_11

Bakı Olimpiya Stadionunda keçirilmiş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbol ailəsinə yeni üzvün qoşulduğunu bildirib.

 

O deyib ki, gündəlik həyatda hiss olunan bu şirkət artıq futbolda da aktiv olacaq. Səhər açılandan P&G-nin futbolla birgə olacağını deyən baş katib əməkdaşlığa görə şirkətə təşəkkür edib.

 

Şirkətin Azərbaycandakı baş direktoru Deger Kurtaslancıoğlu gördükləri işlərdən və idmana verdikləri dəstəkdən danışıb. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə dəstək verdiklərini, eləcə də "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına baş sponsorluq etdiklərini xatırladıb. Daha sonra rəsmi müqavilə bağlanılıb.

 

D.Kurtaslanoğlu müqavilənin 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulduğunu söyləyib.

 

Təbdirdə iştirak edən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov  illər öncə bu şirkətin reklamında iştirak etdiyini xatırladıb. O bildirib ki, yeni sponsorların gəlişi futbola təkan olacaq: "Belə şirkətlərin çox olması çox yaxşı olardı. Şirkətin məhsullarından yararlanırıq”.

 

Yığmanın futbolçuları - Mahir Mədətovla Ruslan Qurbanov millidə növbəti qollarını P&G-yə həsr edəcəklərini bildiriblər.

 

Sualları cavablandıran E.Məmmədov belə bir şirkətin AFFA-nın yanında olmasını ciddi hadisə adlandırıb. O, digər şirkətləri də futbola dəstək olmağa çağırıb.

 

Baş katib qeyd edib ki, bu istiqamətdə danışıqlar aparılır: "Qapılarımız tərəfdaşlar üçün açıqdır. Lakin əsas məsələ sosial məsuliyyət, milliyə dəstək, uşaq və yeniyetmələr futboluna dəstək bizim əsas prioritetlərimizdir. Əsas odur ki, baxışlarımız üst-üstə düşsün. Bu liqalarda P&G-ni görəcəksiniz".

 

E.Məmmədovun sözlərin görə, digər yarışlarda UEFA reklamları özündə saxlayıb: "Millətlər Liqasında isə milli federasiyalara yeni tərəfdaşlar cəlb etmək imkanı yaradılıb. Biz də bu imkandan yararlanmışıq. Bu şirkət bütün sahələrdə futbolumuza tərəfdaş olacaq".

01.10.2018 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ