Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Pomidor liderliyini qoruyub - İXRAC İCMALI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pomidor liderliyini qoruyub - İXRAC İCMALI

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr sayı təqdim olunub.

 

Reklam_3_11

İcmalın bu sayında  göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,9 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 94 milyon ABŞ dolları olub. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 131 milyon ABŞ dolları və ya 14 faiz  artıb.

 

Cari ilin yanvar-avqust ayları ərzində Rusiyaya 375 milyon, Türkiyəyə 249,8  milyon, İsveçrəyə 92 milyon,  Gürcüstana 88,5  milyon və Çinə 32  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

 

2018-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 144,4 milyon ABŞ dolları ixrac dəyəri ilə liderliyini qoruyub. Bu siyahıda qızıl (81 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (63 milyon ABŞ dolları) üçüncü olub. 

 

Ümumiyyətlə 2018-ci ilin yanvar-avqust ayları ərzində meyvə-tərəvəz ixracı 316 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 90 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 91 milyon, elektrik enerjisinin ixracı 60 milyon,  qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57 milyon, pambıq lifi ixracı 58 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 14 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayında elektrik enerjisinin ixracı 64 faiz, pambıq ipliyinin ixracı 35 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 22 faiz, meyvə-tərəvəzin ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1 faiz artıb.

 

Cari ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 125 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında  ilk beşlikdə Türkiyə (34,5 milyon ABŞ dolları), Rusiya (22  milyon ABŞ dolları), İsveçrə (13,9 milyon ABŞ dolları), İrlandiya (10  milyon ABŞ dolları) və  Gürcüstan (7,2  milyon ABŞ dolları) qərarlaşmışdırlar.

 

2018-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (12,6 milyon ABŞ dolları) birinci, pambıq lifi (12,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,4 milyon ABŞ dolları) isə üçüncü olub.

01.10.2018 10:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ