Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

EUR/USD məzənnəsi 1%-ə kimi düşə bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
EUR/USD məzənnəsi 1%-ə kimi düşə bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Birliyində siyasi və iqtisadi böhranlar dünya valyuta birjalarında dollara olan tələbin artmasına səbəb olur. Neft isə bahalaşmaqda davam edir.


 

Dünya valyuta birjalarında Avropa Birliyində siyasi və iqtisadi risklər mövcudluğu avro və funt sterlinqində ucuzlaşmalarının davam etməsinə səbəb olur. İngiltərə ilə Avropa Birliyi arasında çətin keçən "BREXIT" danışıqları, Avropa Birliyi daxilində İtaliyanın yeni büdcə siyasəti fonunda gərgin müzakirələr və beləliklə, avroya qarşı iqtisadi risklər investorların diqqət mərkəzindədir və bununla bağlı xəbərlər diqqət mərkəzində saxlanılmalıdır. 

 

Artıq EUR/USD məzənnəsi 1.1570$, GBP/USD məzənnəsi isə 1.3040$-a ticarət edilməkdədir. Təhlillərə əsasən, məzənnələrdə ucuzlaşma əlavə olaraq 1%-ə kimi də davam edə  bilər.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

Enerji bazarlarında isə neft qiymətləri bahalaşmaqdadır. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 85$-a kimi bahalaşıb və bu səviyyənin üzərində möhkəmlənərsə, 88$-a kimi də dəyər qazana bilər. Neft qiymətlərinə isə “OPEC+” ölkələrinin sonuncu bəyanatı dəstək olur. 

 

Qeyd etmək lazımdır ki, sentyabr ayının sonlarında "OPEC+" ölkələrinin Əlcəzair şəhərində baş tutan qeyri-rəsmi toplantısında verilən yekun bəyanatda Amerika prezidenti Donald Trampın neft qiymətlərinin ucuzlaşdırılmasına təsir edilməsinin önəmliyi vurğulamasına baxmayaraq, hasilat səviyyələrini artırmayacaqlarını açıqlamışdılar. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

02.10.2018 07:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ