Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Payızın ilk “Baş-a-Baş Söhbət”-i baş tutdu!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Payızın ilk “Baş-a-Baş Söhbət”-i baş tutdu!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Meet-up” formatında təşkil olunan və “ilin əsas marketinq tədbiri” devizi altında keçirilən bu görüş Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyasının ilk tədbiri idi. 100-dən artıq adamın iştirak etdiyi bu tədbir sentyabrın 28-də Qafqaz Sport Hoteldə baş tutub.

 

MKA-nın İdarə Heyətinin sədri Namiq Bayramovun moderatorluq etdiyi tədbir 2 hissədən ibarət idi. İlk hissədə iştirakçılar 2 spikerin, McCann Baku reklam agentliyinin direktoru Elnur Nurəliyevin və PeopleBrand reklam agentliyinin direktoru Emin Quluzadənin praktik keyslərə söykənən maraqlı çıxışlarını dinlədilər.

 

İkinci hissədə isə həm spikerlər, həm də, moderator iştirakçıların yetərincə çətin və maraqlı suallarına tuş gəldilər.

 

Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyasının təşkilatçılığı və Vita1000 şirələrinin sponsorluğu ilə baş tutan tədbirin ərsəyə gəlməsində Trademark Leo Burnett Azerbaijan, Admedia, AirGroup, YelloAD, Visual Factory, Neharada.az kimi şirkətlərin də dəstəyi əvəzsiz idi.

02.10.2018 09:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ