Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Branson buraxılsa Dollar/TL düşəcək" - PROQNOZLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Branson buraxılsa Dollar/TL düşəcək" - PROQNOZLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Commerzbank"ın İnkişaf edən bazarlar üzrə iqtisadçısı Tatha Ghose Türkiyədə ev həbsində olan ABŞ-lı keşiş Endryu Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.50 TL səviyyələrinə düşə biləcəyini deyib. 
 

"Marja" xəbər verir ki, Ghose, sabahkı inflyasiya göstəricisinin 24 faiz səviyyələrinə çatacağını proqnozlaşdırır.

 
İqtisadçı keşişin buraxılmaması vəziyyətində məzənnənin çox hərəkət etməyəcəyini, ən çox 6.15-lərə yüksələcəyini bildirib. Çünki bu ehtimal artıq məzənnədə əks olunub.
 

Ghose, "Məzənnədə 5.50 səviyyələrinin davamlı olacağını düşünürsünüz?" sualına; "Əgər inflyasiya faizi 24-ə qalxarsa və TCMB addım atmasa davamlı olmaz" deyib.
 

Ekspert, geosiyasi gərginliklərin də Türk Lirəsi üzərində əhəmiyyətli təsiri olacağını sözlərinə əlavə edib.

 
 RABOBANK-IN PROQNOZU
 

"Rabobank"ın İnkişaf edən bazarlar üzrə strateqi Piotr Matys 12 Oktyabrdakı məhkəmədə keşiş Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin  5.69-5.70 türk lirəsi səviyyələrinə düşəcəyini bildirib.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

Qeyd edək ki, ABŞ, keşiş Endryu Bransonu azadlığa buraxılacağını açıqlayıb. Bransonun məhkəməsi Oktyabrın 12-də keçiriləcəkdir. 


Bransonun həbs edilməsi və bu həbsə görə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi Dolların bahalaşmasına səbəb olmuşdu.

 
Artıq Dollar/TL məzənnəsi 6 səviyyəsindən aşağı düşmüş və bu gün Bakı vaxtı ilə saat 18:30-da 5.99  səviyyələrində olmuşdur.

02.10.2018 16:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ