Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İranda əhali "qara bazar"a axın edib - BU DƏFƏ DOLLAR SATMAQ ÜÇÜN

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranda əhali "qara bazar"a axın edib - BU DƏFƏ DOLLAR SATMAQ ÜÇÜN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranda Dolların sürətli şəkildə 17 min tüməndən 10 min tümən səviyyəsinə (170 min rialdan 100 min riala) düşməsilə əhali "qara bazar"a axın edib.
 

"Marja" xəbər verir ki, Dolların daha çox düşməsindən narahat olan insanlar, paytaxt Tehran başda olmaqla bir çox şəhərdə gecə yarısı dollarını dəyişmək üçün küçələrə çıxıblar. Səhər saatlarında artıq dolların alışı dayandırılıb.

 
Dolların düşməsinə İran Mərkəzi Bankının açıqlaması səbəb olub. Açıqlamaya görə, bundan sonra 10  xidmət sektoruna Dollar  8 min tüməndən satılacaqdır.
 
Dolların sürətli ucuzlaşmasına, İranda dövlətə yaxın medianın "dollar düşür" xəbərlərinin də təsiri olduğu bildirilir.
 

Digər tərəfdən, səhər saatlarında 10 min tümənə zəifləyən dolların günortadan sonra təkrar 15 min səviyyələrinə qalxdığı da bildirilir.
 

İranda mart ayında 4 min 500  tümən səviyyəsində olan dollar, ABŞ-ın nüvə müqaviləsindən çıxmasından  sonrakı bir neçə ayda 8-10 min tümənə çıxmış, hökumətin tədbirlərinin işə yaramaması ilə son günlərdə 17 min səviyyəsini görmüşdü.

02.10.2018 19:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ