Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azercell" Beyləqanda yeni ekskluziv mağazasını açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell" Beyləqanda yeni ekskluziv mağazasını açdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni mağazadan Smartfon alan hər bir müştəri Azercell-dən 150 AZN hədiyyə qazanacaq

 

Ölkəmizdə innovativ müştəri xidmətləri modelini quran və həyata keçirməkdə davam edən, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC Beyləqanda yeni ekskluziv mağazasının açılışını edib.

 

Oktyabrın 3-dən etibarən Azercell Sərdar İmrəliyev küç. 265 ünvanında yerləşən yeni konsepsiyalı mağazasını Beyləqan şəhərində yaşayan abunəçilərinin ixtiyarına verib. Mağazanın açılışı ilə əlaqədar Azercell bütün müştəriləri üçün yeni Smartfon kampaniyasını da təqdim edir. Belə ki, 03 oktyabr 2018-ci il tarixindən ilk 7 gün ərzində Beyləqan Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

 

Məlumat üçün bildirək ki, yeni mağaza abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərdən istədiyi məhsul haqda məlumat ala, onu sınaqdan keçirə bilərlər, gündəlik istifadələri üçün müxtəlif cihazlar (MiFi, USB modem və s.), aksessuarlar əldə edə, mobil telefonları kredit və nəğd şəkildə ala bilərlər. Abunəçilər burada həmçinin şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatları da icra edə bilərlər.

 


 

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8) və Gəncədə (Heydər Əliyev prospekti, 149) abunəçilərin ixtiyarına verilib.

03.10.2018 14:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ