Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi həcmi 30 faizə çatacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi həcmi 30 faizə çatacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Moskvada “Rusiya energetika həftəsi” beynəlxalq forumu açılıb. Forumun gedişində Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edir.

 

Ölkədə bərpaolunan enerji mənbələrindən danışan nazir qeyd edib ki, 2030-cu ilədək Azərbaycanda bərpaolunan mənbələrin ümumi həcmi 30 faizə çatacaq. “Bundan ötrü güclü potensial mövcuddur. Biz təşviqetmə mexanizmlərinə cavab verən ciddi qanunvericilik bazası yaratmaq istəyirik. Bərpaolunan mənbələr hesabına generasiya etməyi nəzərdə tutduğumuz zəruri elektrik enerjisini qəbul etməyə imkan olması üçün ötürmə xətlərinin optimallaşdırılması üzrə iş aparırıq”, - deyə P.Şahbazov bildirib. O, görüş iştirakçılarını yeni layihələrin birgə icrası üçün Azərbaycana dəvət edib.

 

Qeyd edək ki, “Energetika həftəsi” Moskvada oktyabrın 3-dən 6-dək keçirilir. Builki forumda bu sahənin 10 mindən çox nümayəndəsi iştirak edir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

04.10.2018 06:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ