Reklam verənlər mütləq oxusun - Yeni tələblər
Azərbaycan Prezidenti “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
"Marja" xəbər verir ki, dəyişikliyə görə, Mülkiyyət formasından asılı olmayaraq reklam yayıcısı nəşriyyat məhsullarındakı reklam yerinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur.
Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə yerləşdirilən reklam müvafiq olaraq “reklam” və ya “reklam hüququ ilə” qeydləri edilməklə verilməlidir. Bu cür nəşrlərdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin üz və arxa qabığında, qəzetlərin birinci səhifəsində verilən reklam istisna olmaqla).
Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə alkoqollu içkilərin, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə, həmçinin onlara aid olmayan əmtəələrin reklamı yerləşdirilə bilməz.
Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
Dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.
Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.
Audiovizual məhsulların qabının üzərində “reklamla”, yaxud “reklamsız” qeydləri olmalıdır.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr materiallarına həmin Qanunun tələbləri şamil olunmur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl