Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Lukoil" İrandan neft alışını dayandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Lukoil" İrandan neft alışını dayandırdı

Rusiyanın neft şirkəti "Lukoi"lin rəhbəri Vaqif Ələkbərov, ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən risk götürmək istəmədiklərini bildirərək, "İrandan neft idxalını dayandırmışıq",- deyib.
  

"Marja" vəbər verir ki, Ələkbərov, paytaxt Moskvada, ABŞ tərəfindən noyabrda qüvvəyə minəcəyi gözlənilən İran sanksiyalarını qiymətləndirib.

Reklam_3_11

 
İrana qarşı sanksiyalarla bağlı intensiv iş apardıqlarına qeyd edən Ələkbərov, "Vəziyyətin aydınlaşması üçün noyabrdan sonra baş verəcək prosesləri gözləyirik",- deyib.
 

"Lukoil"in beynəlxalq bir şirkət olduğunu xatırladan Ələkbərov, "Sanksiyalarla bağlı risklər çox böyükdür və hər hansı bir məhdudiyyəti pozmaq istəmirik. İrandan neft idxalını dayandırmışıq",- deyib.
 

ABŞ rəhbərliyinin İranın neft ticarətini hədəfə alan ikinci mərhələ sanksiyalarının 5 Noyabrda qüvvəyə minəcəyi gözlənilir.
 

Dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan "Lukoil", qlobal neft istehsalının təxminən 2%-ni həyata keçirir.

05.10.2018 07:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ