Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dollar üçün həlledici olacaq göstəricilər barədə gözləntilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar üçün həlledici olacaq göstəricilər barədə gözləntilər

ABŞ-da bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq göstəricisi qlobal bazarların "radardadır".
 

"Bloomberg"in sorğusuna görə, Avqustda 201 min artan məşğulluğun Sentyabr ayında 185 min artması, işsizlik nisbətinin 3.9%-dən 3.8%-ə, yəni 1969-dan bəri ən aşağı səviyyəyə enməsi gözlənilir.
 

Dolların hərəkətində (bahalaşmasında və ya ucuzlaşmasında), xüsusilə saatlıq maaşlar rəqəminin həlledici olacağı bildirilir. Avqustda illik 2.9% ilə 2009-dan bəri ən böyük artımı həyata keçirən maaş göstəricisinin Sentyabrda 2.8% artması gözlənilir. Aylıq artımının isə 0.3% olması gözlənilir.
 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

Bəzi iqtisadçıların məşğulluq göstəricisində dair gözləntiləri:


 
 GOLDMAN SACHS (175 MİN)
 

Bankın iqtisadçısı Jan Hatzius, "Florence qasırğasının müvəqqəti mənfi təsirlərinə baxmayaraq, Sentyabr ayında güclü məşğulluq göstəricisi, daha aşağı işsizlik nisbəti, güclü saatlıq maaş artımı gözləyirik",- ifadəsini istifadə edib.
 

MORGAN STANLEY (178 MİN)
 

Bankın iqtisadçısı Ellen Zentner "güclü" məşğulluq artımı gözləyir. Mütəxəssis, "Son həftələrdə işsizlik müavinəti müraciətlərində rekord aşağı səviyyələr ilə yanaşı, İstehlakçı İnamında davam edən yüksəliş, məşğulluğun da güclü artacağı siqnalları verir" deyib.
 

Zentner "Florence" qasırğasının göstəricidə çox məhdud təsiri olacağını bildirib.

 

WELLS FARGO (210 min)
 


Bankın iqtisadçısı Sam Bullard "Avqustda məşğulluq gözləntiləri aşdı, bu vəziyyət təkrarlana bilər. İşsizlik müavinəti müraciətlərində tarixi aşağı səviyyələr işsizliyin 3.8%-ə düşməsinə səbəb ola bilər" deyib.


 
Məşğulluq göstəricisi Bakı vaxtı ilə saat 15:30-da açıqlanacaqdır.

05.10.2018 10:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ