Yeraltı və bulaqların suyundan nümunələr götürülüb - YENİ SÜFRƏ SULARI YARANA BİLƏR
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Coğrafiya şöbəsinin və Hidrogeologiya və mineral sular laboratoriyasının əməkdaşları Şahbuz rayonu ərazisindəki yeraltı su mənbələri qaynaqlarına ekspedisiyalar təşkil ediblər.
Bölmədən Naxçıvan bürosuna bildirilib ki, ekspedisiya zamanı rayonun Badamlı kəndindən 3 kilometr cənub-qərbdə, dəniz səviyyəsindən 1274 metr hündürlükdə yerləşən 4 və 5 saylı mineral su bulaqlarından, Badamlı mineral bulağından 1,5 kilometr cənub-qərbdə yerləşən Girdəsər mineral su bulağından, Gömür kəndindən 3 kilometr cənub-qərbdə okean səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Gömür mineral su bulağından nümunələr götürülüb. Bundan başqa, Şəfa bulağı, Karvansara mineral su bulağı, Biçənək mineral suyu və Söyüdlü, Almalı və İşgəsu bulaqları, Ağbulaq suyu, Batabat mineral bulağı, Zorbulaq, Şahbuz Şəfa bulağı və Böyrək suyundan da nümunələr götürülüb.
Həmin nümunələrin makro və mikrokomponent tərkibləri, fiziki-kimyəvi xüsusiyyətləri, temperatur və pH-ları, minerallıqları öyrənilərək Kurlov düsturu əsasında sistemləşdiriləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Şahbuz rayonu ərazisindəki çoxsaylı yeraltı su mənbələri infiltrasiya xarakterli olub, zəngin mikroelement tərkibə malikdir. Ərazinin mineral suları aşağı minerallığa malik süfrə və müalicəvi sular növünə aiddir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl