Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - oktyabrın 6-7-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

 

Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimal edilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23°, dağlıq rayonlarda 9-14° isti olacaq.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-25°, dağlıq rayonlarda 11-16° isti olacağı proqnozlaşdırılır.

 

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 18-23° isti olacağı bildirilir.

 

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-27° isti olacağı ehtimalı var.

 

Paytaxtda oktyabrın 6-sı gündüz və 7-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21° isti olacaq.

05.10.2018 15:58

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ