Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

AZAL Bakıdan Şarm əş-Şeyxə çarter reysləri həyata keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Bakıdan Şarm əş-Şeyxə çarter reysləri həyata keçirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2018-2019 qış mövsümündə Bakı - Şarm əş-Şeyx (Misir) marşrutu üzrə çarter reyslərinə başlayacaq.

 

Uçuşlar 2018-ci il noyabrın 8-dən 2019-cu ilin mayın 16-dək nəzərdə tutulub.

 

Uçuşlar həftədə bir dəfə olmaqla cümə axşamı günləri həyata keçiriləcək.

 

Təyyarə Bakıdan yerli vaxtla saat 10:00-da havaya qalxacaq və saat 12:10-da Şarm əş-Şeyxə enəcək. Şarm əş-Şeyxdən uçuş isə yerli vaxtla saat 13:10-da həyata keçirilməklə Bakıya eniş saat 18:40-da olacaq. 

 

Qeyd edək ki, Şarm əş-Şeyxin Sharm el Sheikh International Airport beynəlxalq hava limanı turistlərə aeroporta çatdıqdan sonra viza almaq imkanı təmin edir.

05.10.2018 17:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ