Tramp: "Kim ilə təkrar görüşməyi dörd gözlə gözləyirəm"
ABŞ Prezidenti Donald Tramp, Pyongyangda xarici işlər naziri Mike Pompeo ilə Şimali Koreya lideri Kim Jong arasındakı görüşə dair Twitter hesabından açıqlama verib.
Tramp açıqlamasında, "Nazir Pompeo bu gün Pyongyangda Prezident Kim ilə çox yaxşı bir görüş keçirmişdir. Sinqapur Zirvəsindəki anlaşmada irəliləyiş qeyd edilmişdir. Yaxın zamanda Prezident Kim ilə təkrar görüşməyi dörd gözlə gözləyirəm", -ifadəsini istifadə edib.
.@SecPompeo had a good meeting with Chairman Kim today in Pyongyang. Progress made on Singapore Summit Agreements! I look forward to seeing Chairman Kim again, in the near future. pic.twitter.com/bUa2pkq80s
— Donald J. Trump (@realDonaldTrump) 7 Ekim 2018
Pompeo da Twitter hesabından verdiyi açıqlamada, Pyongyangdakı görüşdə Sinqapur Sammitində əldə edilmiş anlaşmalar üzərində irəliləməyə davam etdiklərini qeyd etmişdi.
Pyongyang səfərini tamamlayan Pompeo, daha sonra Cənubi Koreyanın paytaxtı Seula keçib
Pompeo, dünən Tokioda Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən qəbul edilmiş, digər rəsmiləri ilə də görüşmüşdü.
ABŞ Prezidenti Tramp, keçən ay Şimali Koreya lideri Kim ilə ikinci zirvə görüşünün yaxın vaxtlarda keçiriləcəyini bildirmişdi.
Tramp ilə Kim, İyunun 12-də Sinqapurda bir araya gəlmiş, zirvənin ardından iki lider Şimali Koreyanın nüvə silahlarından təmizlənilməsi barədə razılaşmışdı. Ancaq sonrakı həftələrdə iki ölkə arasındakı diplomatiya havası pozulmağa başlamışdı, ABŞ tərəfi, Şimali Koreyanı nüvə proqramından əl çəkməməklə günahlandırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl