Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlət proqramında bank sektorunun sağlamlaşdırılması tədbirləri nəzərdə tutulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət proqramında bank sektorunun sağlamlaşdırılması tədbirləri nəzərdə tutulub

“2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq”.

 

“Marja” xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” barədə "Azərtac"a  müsahibəsində bildirib.

 

Birinci müavin qeyd edib ki, bank sektorunun sağlamlaşdırılması məqsədilə bankların kapitalizasiyasının nəzarətdə saxlanılması, problemli aktivlərin idarə edilməsi, bankların fəaliyyəti üzərində nəzarətin və kreditorların hüquqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi, pul bazarının və qiymətli kağızlar bazarının inkişafı kimi əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulur:

 

Bu tədbirlər çərçivəsində 2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq. Banklararası bazarda likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə daha təkmil alətlər işə salınacaq. Problemli aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlər yaradılacaq, alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətləri hazırlanacaq. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə xüsusi plan hazırlanıb həyata keçiriləcək”.

 

Qeyd edək ki, Azərbaycanda banklar üçün məcmu kapital tələbi 50 milyon manatdır. Hazırda bir neçə bankın məcmu kapitalı 50 milyon manatdan aşağıdır.

08.10.2018 12:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ