Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakıya nəhəng avadanlıq gətirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Bakıya nəhəng avadanlıq gətirilib

Heydər Əliyev adına neft emalı zavodu (NEZ) üçün Bakıya nəhəng avadanlıq gətirilib.

 

Bu barədə SOCAR-ın “Neftqaztikinti” tresti məlumat yayıb.

 

Bildirilir ki, trestə məxsus limanda neft emalı zavodu üçün “Linda” gəmisi vasitəsilə Bakıya gətirilən nəhəng avadanlığın (uzunluğu 40 metrə yaxın) qəbulu və daşıyıcı texnikanın üzərinə qoyulması xidməti həyata keçirilib.

 

Qeyd edək ki, Heydər Əliyev adına neft emalı zavodunun yenidənqurma və modernləşdirilməsi layihəsinin ilkin mərhələsi çərçivəsində yeni bitum qurğusunun inşası başa çatıb. Tikintisinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal ediləcək. Bitum qurğusunun illik istehsal gücü 400 min tondur.

 

Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək.

 

Ümumilikdə yaxın gələcəkdə Heydər Əliyev adına NEZ-də irili-xırdalı 14 müasir texnoloji qurğu inşa ediləcək.

08.10.2018 13:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ