Bakıda Zərifə Əliyeva küçəsində məşhur İtalyan brendi "Sandro Ferrone" lüks geyim butiki açılıb.
Açılış mərasimində çıxış edən "Sandro Ferrone" şirkətinin ixrac üzrə meneceri Tereza Hidalqo (Teresa Hidalgo) bildirib ki, "Sandro Ferrone" öz 60 illik yubileyini, dünyanın ən gözəl və məftunedici şəhərlərindən biri olan məhz Bakıda yeni butik açmaqla ilə qeyd edir.
İtalyanın Azərbaycandakı səfirliyinin birinci katibi Umberto Boeri tədbirə qatılan moda həvəskarlarını Azərbaycanın mərkəzində eleqant qadın geyimi butikinin açılışı münasibəti ilə təbrik edib.
“Sandro Ferrone” – 1958-ci ildə təsis edilmiş və hal-hazırda dünyanın 35 ölkəsində 200 butikə sahib İtalyanın ultradəbli, eleqant və zərif paltarlar istehsal edən dizayner brendidir.