Türkiyə inflyasiya ilə mübarizə proqramını açıqladı -"Şirkətlər 10 faiz endirimə gedəcəklər"
Türkiyə şirkətləri vətən üçün fədəkarlıq edəcəklər.
"Bütün şirkətlərimizdən 10 faiz endirim istədik və razılığa gəldik".
"Marja" xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak "İnflyasiya ilə Mübarizə Proqramı"nın açıqlanmasına həsr olunmuş tədbirdə deyib.
"Bütün şirkətlərimizdən minimum 10 faiz endirim etmək və bu güzəşti il sonuna qədər davam etdirmək sözü aldıq. Bütün şirkətlərimiz təyin olunan loqo ilə endirim kampaniyasına dəstək sözü verdilər",- nazir deyib.
Albayrak bildirib ki, banklar da kredit faizlərində 10% endirim edəcəklər.
Albayrak qeyd edib ki, bu ilin sonuna qədər elektrik və təbii qazın qiymətləri qaldırılmayacaqdır.
Berat Albayrak, "Türkiyə iqtisadiyyatında sabitləşmə dövrü başlayıb", - deyib.
Albayrak, "Sentyabr ayıında kimsə bu qədər yüksək inflyasiya gözləmirdi. Qiymətlərdə normallaşma təmin edəcək bir prosesə giririk" - deyib.
Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli çıxışında ucuz ət layihəsinin davam edəcəyini bildirərək, "ət və süd qurumu 10 məhsulda 10% endirim edəcək. "Çaykur" qiymət artırmayacaq. Supermarket şəbəkələri 50 məhsulda 2 ay 10% endirim edəcəklər" deyib.
Proqram açıqlanan ərəfədə Dollar/TL məzənnəsi 0,7% yüksələrək 6.1535 səviyyəsinə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 d. əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
30 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 37 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb